Aprelin 15-də Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Parisdə “Kitabi-Dədə Qorqud” eposunun dünya elm aləmində tanıdılmasının 200 illiyinə həsr olunmuş beynəlxalq forumda iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Tədbir, həmçinin eposun alman dilində ilk tərcüməsinin 200 illiyinə həsr olunub. Forum YUNESKO və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə keçiriləcək.
Forumda Azərbaycanı mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkiyə və Türkmənistan nümayəndələrinin iştirakı gözlənilir.
A.Zeydullayeva