SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyi 2015-ci ilin mart ayında 131 çoxmərtəbəli binanı qazlaşdırıb. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Beləliklə, bu çoxmərtəbəli binalarda 2,947 min mənzilə qaz verilir”, - deyə məlumatda qeyd olunur.
2014-cü ildə “Azəriqaz” İB 238 çoxmərtəbəli binanı qazlaşdırıb.
“Azəriqaz” yalnız istismara qəbul aktı almış çoxmərtəbəli yaşayış binalarına təbii qaz verir.
N.Abbasova