Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Səlim Xəlifə Məhəmməd Əl-Ğafli ilə görüşü zamanı hərbi əməkdaşlığın perspektivləri müzakirə olunub.
Nazirliyin mətbuat xidmətinin məlumatına görə, tərəflər, həmçinin regionda hərbi-siyasi vəziyyət, hərbi sahədə əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Y.Əliyev