Bakı Romanı Azərbaycanın işğal olunmuş ərazilərində İtaliya şirkətlərinin fəaliyyətini dayandırmağa çağırır.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidi ilə görüşü zamanı bu ölkənin bəzi şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərindəki fəaliyyəti, həmçinin bu ərazilərə turist səfərlərinin təşkili və İtaliyadakı sərgi və tədbirlərdə separatçı rejimin nümayəndələrinin iştirakının təmin edilməsinin qəbuledilməz olduğunu qeyd edib.
“İtaliya hökuməti tərəfindən belə halların qarşısı alınmalıdır”, - deyə Ş.Mustafayev bəyan edib.
F.İsazadə