Azərbaycan prezidenti İlham Əliyev Bakı və Roma arasında əlaqələrin uğurla inkişaf etdiyini bildirir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev və İtaliyanın iqtisadi inkişaf naziri Federika Quidinin Bakıda keçirilən görüşü zamanı enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın önəmi, xüsusi ilə TANAP layihəsinin həyata keçirilməsində birgə səylərin əhəmiyyəti vurğulanıb.
Dövlət başçısı italiyalı nazirin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
F.Quidi əlaqələrimizin möhkəmləndirilməsində enerji sahəsində əməkdaşlığın önəmini vurğulayıb, TAP layihəsi ilə bağlı ölkəsində həyata keçirilən işlər barədə prezidentə məlumat verib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında kənd təsərrüfatı, yüksək texnologiyalar, sənayenin inkişafı və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
F.İsazadə