Latviyanın baş naziri Laymdota Strauyuma Riqada səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşdə “Şərq tərəfdaşlığı” proqramının gələcək inkişafında Azərbaycanın strateji cəhətdən vacib rol oynadığnı qeyd edib. Bu barədə Latviya KİV-ləri baş nazirin mətbuat xidmətinə istinadən məlumat verir.
Məlumata əsasən, çərşənbə günü baş tutan görüşdə tərəflər may ayının 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” proqramına üzv ölkələrin sammitini müzakirə ediblər. E.Məmmədyarov bildirib ki, Azərbaycan yüksək səviyyədə təmsil olunacağı bu tədbirə böyük əhəmiyyət verir.
Bundan başqa, tərəflər Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib, bu sahədə Latviya-Azərbaycann əlaqələrinin genişləndiyini vurğulayıblar.
F.Hüseynzadə