Azərbaycanın cənubunda bir nəfər külli miqdarda narkotik vasitə ilə saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə çərşənbə günü Daxili İşlər Nazirliyindən məlumat verilib.
DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Əmirbəyovdan 3 kiloqram 225 qram tiryək və 655 qram heroin götürülüb.
DİN İstintaq İdarəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə cinayət işi açılıb.
C.Həmidov