Azərbaycan və Latviyanın xarici işlər nazirləri Elmar Məmmədyarov və Edqars Rinkeviç bu gün Riqada Bakının bu Baltikyanı ölkə və Avropa İttifaqı ilə münasibətlərini müzakirə ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Latviyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Nazirlər Azərbaycan və Latviya arasında münasibətləri, Bakı-Aİ əməkdaşlığını, mayın 21-22-də Riqada keçiriləcək “Şərq tərəfdaşlığı” sammitinə hazırlıq məsələsini, eləcə də regional problemləri müzakirə ediblər.
F. Hüseynzadə