Azərbaycan Cənubi Qafqaz regionunda Latviya üçün vacib tərəfdaşdır. Bu barədə Latviya Seyminin spikeri İnara Murnietse Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla çərşənbə günü Riqada keçirdiyi görüşdə bəyan edib.
İ.Murnietse ikitərəfli münasibətlərin cari vəziyyətinin məmnunluq doğurduğunu bildirib. O, iki ölkənin qanunverici orqanları arasında sıx əlaqələrin mövcud olduğunu vurğulayıb.
Öz növbəsində E.Məmmədyarov parlamentlərarası diplomatiyanın vacibliyini qeyd edib. İki ölkənin qanunverici orqanları arasında sıx əməkdaşlığın olduğunu bildirən nazir müxtəlif parlamentlərarası təşkilatlar çərçivəsində Azərbaycan və Latviyanın qanunverici orqanlarının əməkdaşlığını diqqətə çatdırıb.
O vurğulayıb ki, bu gün Azərbaycan ilə Aİ enerji sahəsində strateji tərəfdaşdır.
Bundan başqa, nazir digər sahələrdə də strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Y.Əliyev