2015-ci ilin I rübündə Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsal həcmi 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,2% - 188,7 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə ət istehsalı (quş əti də daxil olmaqla) 1,9% - 70,9 min tonadək, kolbasa istehsalı 21,4% - 531,5 min tona qədər, süd istehsalı 3,3% - 215,9 min tonadək, qaymaq və xama istehsalı 1% - 1 min 174,9 tonadək, pendir və kəsmik istehsalı 4,8% -12,45 min tonadək, kərə yağı istehsalı 5,8% - 5,82 min tonadək, cem və marmelad istehsalı 1,3% - 8 min 486,8 tona qədər, təmizlənmiş duru bitki yağı istehsalı 97,4% - 16 min 853,3 tonadək artıb.
Yanvar-mart aylarında marqarin istehsalı 11,4% - 8,11 min tonadək, qənd və şəkər tozu istehsalı 6,4% - 103,6 min tonadək azalıb.
Ümumilikdə 2015-ci ilin I rübündə Azərbaycanda ərzaq məhsullarının istehsal həcmi 3,5% artıb.
A.Axundov