Erməni silahlı bölmələrinin atəskəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun giziri Şahmurad Əlizadə qoşunların təmas xəttində şəhid olub. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda insidentin cəbhənin hansı istiqmətində baş verməsi dəqiqləşdirilmir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir.
Y.Əliyev