2015-ci il martın 1-nə Azərbaycanda banklar tərəfindən 2,622 min ədəd bankomat quraşdırılıb ki, bu da cari ilin əvvəlinə olan göstəricidən 0,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
AMB-nin məlumatına əsasən, martın 1-nə Bakıda 1,477 min (artım 0,4%), regionlarda 1,145 min ədəd bankomat (artım 0,7%) quraşdırılıb.
2015-ci ilin yanvar-fevral aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında əhəmiyyətli artım müşahidə olunub. Xüsusilə cari ilin mart ayının əvvəlinə onların sayı 77,041 min ədəd (artım 5,5%) təşkil edib.
Bununla yanaşı, Bakıda 50,387 min ədəd (artım 0,7%), regionlarda 26,654 min ədəd (artım 16%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 75,816 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,4%-i quraşdırılıb.
A.Axundov