Azərbaycan 2015-ci ilin I rübündə 8 mln. 417 min 368,4 ton neft ixrac edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, cari ilin birinci rübündə Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə 6 mln. 679 min 95,84 ton (həmçinin “Şahdəniz” yatağından 53 min 6,12 ton qaz kondensatı), Bakı-Supsa neft kəməri ilə 1 mln. 92 min 889,8 ton, Bakı-Novorossiysk neft kəməri ilə 339, 491 min ton neft ixrac olunub. Dəmir yolu ilə Gürcüstan limanlarına 305 min 891,76 ton neft daşınıb.
Komitənin məlumatına görə, 2015-ci ilin birinci rübü ərzində ixrac edilən $2 mlrd. 629 mln. 790,83 min məbləğində neftin bəyan edilmiş həcmi 6 mln. 393 min 237,4 ton təşkil edib.
Cari ilin birinci rübündə Azərbaycandan $199 mln. 622,07 min məbləğində 595 min 616,5 ton neft məhsulu ixrac olunub.
N.Abbasova