MasterCard sahiblərinə AGBank-dan şad xəbər!
İnternet və ya ticarət obyektlərində alış-veriş edərkən ödənişi MasterCard plastik kartı vasitəsi ilə edən istifadəçilər Nyu York şəhərinə səyahət etmək şansını qazanırlar. Yetər ki, bazarlığınız 1 manatdan çox olsun. Səyahəti uda bilməyən kart sahibləri üzülməsinlər gərək, çünki MasterCard tərəfindən keçirilən həvəsləndirici lotereyada səyahət ilə bərabər 8 mobil telefon (iPhone 6), 20 ədəd hər biri 100 AZN məbləğində hədiyyə sertifikatı, bir ədəd səyahət paketi oynanılır. Qeyd edək ki, hədiyyə sertifikatı yalnız partnyorların şəbəkədaxili mağazalarında istifadə oluna bilər. Hər Səyahət paketinə 2 nəfərlik 4 gecəlik dörd ulduzlu otel qonaqlaması və hava limanı-şəhər-hava limanı transfer xərcləri daxil olmaqla 2 nəfərlik Bakı-Nyu-York gediş-gəliş aviabileti, bələdçi müşayiəti ilə Nyu-York şəhəri turu, həmçinin alış-veriş üçün 1,000 AZN vəsait qalibin plastik kartına köçürüləcəkdir.
Lotereya 03 iyul 2015-ci il tarixinədək davam edəcək.
Onu da qeyd edək ki, lotereyada iştirak etmək və qazanmaq üçün alış-verişi MasterCard-ın “Qiymətsiz Üstünlüklər” adlı partnyorlar siyahısına daxil olan ticarət obyektlərində etmək şərtdir. Qeyd olunan siyahıya “MyBrands”, “Ideal”, “Schwarzkopf Professional Studio”, “Beat Group”, “Pitstop”, “Gunaydın”, “Bakcell Arena”, “Villa Pizza”, “Face Studio”, “Skandinaviya Evi”, “Medistyle”, “Buta Sığorta”, “Kilim Mebel”, “Puma”, “Nike”, “Garege Iskender”, “Park Bulvar Bowling”, “Park Bulvar Sport Bar Café”, “Planetarium”, “Scallezioni”, “Jasmin Wedding”, “Pəncərə”, “Mado Japan”, “Finestra”, “Sherlock beach”, “LTB” kimi obyektlər daxildir.
Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı “qiymetsizustunlukler.az” saytından əldə edə bilərsiniz.
AGBank-ın təqdim etdiyini MasterCard plastik kartlarının geniş çeşidi haqqında məlumatı bankın “135” Məlumat Mərkəzindən həftənin 7 günü 24 saat ərzində ala bilərsiniz.
Bəxtinizi AGBank-la sınayın!
AGBank, zəngin olmaq haqqınızdır!