2015-ci ilin I rübündə Azərbaycan əhalisi ticarət obyektlərindən 5 mlrd. 760,3 mln. manatlıq istehlak malları alıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Hesabat dövründə əhali ticarət obyektlərindən 2 mlrd. 894 mln. manatlıq ərzaq (2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə artım 3,2%), 2 mlrd. 866,3 mln. manatlıq qeyri-ərzaq malları (artım 17,4%) alıb.
2015-ci ilin I rübündə Azərbaycan əhalisinə 1 mlrd. 675,6 manat məbləğində xidmət göstərilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,3% çoxdur. Bununla yanaşı, bütün xidmətlərin 73,7%-i və ya 1 mlrd. 235,7 mln. manatlıq (artım 4,4%) xidmət hüquqi şəxslər tərəfindən göstərilib.
N.Abbasova