2015-ci ilin I rübündə Azərbaycanda neft məhsullarının istehsalı 2014-cü ilin analoji dövrü ilə müqayisədə 2,7% - 564,3 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə avtomobil benzini istehsalında 2,1% - 300,3 min ton, kerosin istehsalında 6,6% - 163,4 min ton, mazut istehsalında 99,7% - 0,2 min ton, sürtkü yağları istehsalında 73,1% - 2,8 min ton, neft bitumu istehsalında 53,1% - 32,6 min tona qədər azalma qeydə alınıb.
2015-ci ilin I rübündə birbaşa qovulan benzin istehsalı 53,9% - 47,7 min ton, dizel yanacağı istehsalı 25,9% - 796,4 min tona qədər artıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.
N.Abbasova