2015-ci ilin I rübündə Yardımlı rayonunda ümumi məhsulun istehsal həcmi 3% - 16,897 mln. manata qədər artıb. “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinin verdiyi məlumata görə, bu barədə Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yanvar-mart aylarında rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda söyləyib.
“I rübdə sənaye məhsullarının həcmi 182,6 min manat, kənd təsərrüfatı məhsullarının həcmi 4 mln. 366 min manat təşkil edib. Əhaliyə 11 mln. 773 min manat məbləğində ticarət, 300 manat məbləğində nəqliyyat, 96 min manat məbləğində rabitə xidmətləri göstərilib”,- deyə S.Hətəmov qeyd edib.
Onun sözlərinə görə, hesabat dövründə rayonda 179 min manat məbləğində tikinti işləri həyata keçirilib.
Q.Qəmbərova