Bu gecə Bakının Sabunçu rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə ANS telekanalının saytında məlumat verilir.
Qəzada daha iki nəfərin ağır yaralandığı bildirilir.
Zabrat-Maştağa yolunda yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobilin sürücüsünin idarəetməni itirməsi nəticəsində içərisində 4 nəfərin olduğu avtomobil yol kənarındakı divara çırpılıb, daha sonra iki piyadanı vurub.
Hadisə nəticəsində adları hazırda istintaq yolu ilə araşdırılan piyadalar dünyasını dəyişib,avtomobildə olan 15 yaşlı Kənan Hüseynov və 13 yaşlı Aftandil Vahidov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.
R. Babayev