Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 17-nə manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 16-da qeydə alınmış 1,0507 manat/$1 səviyyəsinə qarşı 1,0504 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0285% möhkəmlənib.
AMB aprelin 17-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 16-da qeydə alınmış 1,1244 manat/1EUR səviyyəsinə qarşı 1,1308 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,5692% ucuzlaşıb.
Aprelin 17-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi 0,0211 manat/1RUR səviyyəsində qalıb.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov