Milli Məclisin sədri Oqtay Əsədov Rusiya prezidentiVladimir Putin tərəfindən “Dostluq” ordeni ilə təltif olunub. Bu barədə parlamentin mətbuat xidmətindən məlumat verilib.
Orden O.Əsədova dünən Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkotərəfindən təqdim olunub. O, azərbaycanlı həmkarına xalqların rifahı naminə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, O.Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti MDB PA-nın növbəti iclasında və Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Sankt-Peterburqda səfərdədir.
Milli Məclisin sədri Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə də görüşüb.
V.Matviyenko və S.Narışkin ilə görüşlərdə parlamentlərarası əlaqələrin vəziyyəti və gələcək inkişaf perspektivləri, siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Səfər çərçivəsində O.Əsədov, həmçinin Qazaxıstan Parlament Məclisinin sədri Həbibulla Jakubovla görüşüb. Görüşdə Azərbaycan-Qazaxıstan əlaqələrinin daha da dərinləşməsi, deputatlarımızın müxtəlif beynəlxalq qurumlarda səmərəli fəaliyyəti və s. mövzulara dair müzakirələr aparılıb.
Y.Əliyev