Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 20-nə manatın dollara nisbətən rəsmi məzənnəsini aprelin 17-də qeydə alınmış 1,0504 manat/$1 səviyyəsinə qarşı 1,0502 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
Beləliklə, manat dollara nisbətən 0,0190% möhkəmlənib.
AMB aprelin 20-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 17-də qeydə alınmış 1,1308 manat/1EUR səviyyəsinə qarşı 1,1333 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,221% ucuzlaşıb.
Aprelin 20-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 17-də qeydə alınmış 0,0211 manat/1RUR səviyyəsinə qarşı 0,0202 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 4,2654% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov