İqtisadiyyat və Sənaye Nazirliyi nəzdində yaradılan müvafiq işçi qrupları maşınqayırma və metallurgiya sənayesinin inkişafına dair təkliflər hazırlayacaqlar. Bu barədə nazirliyin məlumatında qeyd edilir.
İclas zamanı maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qrupların növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
Bundan başqa, iclasda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib.
A.Axundov