Dövlət Gömrük Komitəsi (DGK) 2015-ci ilin I rübündə 136 cinayət xarakterli gömrük qanun pozuntusu faktı qeydə alıb. Bu barədə DGK-nın məlumatında qeyd edilir.
Hesabat dövründə gömrük orqanları tərəfindən narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı 59 fakt qeydə alınıb. Qalan faktlar digər cinayət xarakterli qanun pozuntularının payına düşür.
DGK-nın məlumatına əsasən, 2014-cü ilin birinci rübündə 162 nəfər qanun pozuntusuna yol verib.
Həmin dövrdə DGK inzibati xarakterli 2,646 min qanun pozuntusu faktı, o cümlədən gizli daşınma üzrə 64 fakt, bəyan edilməmiş məhsulların daşınması üzrə 127 fakt, malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin vaxtında çatdırılmaması üzrə 1,956 min fakt və digər qanun pozuntuları qeydə alınıb.
N.Abbasova