Norveç aviaşirkətinə məxsus olan və Bankok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanında məcburi eniş edib. Bu barədə bazar etəsi “İnterfaks-Azərbaycan” agentliyinə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
“Təyyarənin göyərtəsində 288 sərnişin olub. Təyyarə bazar günü sərnişinlərdən birinin vəziyyətinin kəskin pisləşməsi ilə əlaqədar məcburi eniş edib”, - deyə o bildirib.
Onun sözlərinə görə, təyyarə saat 16:02-də eniş edib. Danimarka vətəndaşı, 57 yaşlı Alen Lasten və daha bir sərnişin ürək çatışmazlığı diaqnozu ilə Sabunçu klinik xəstəxanasına yerləşdiriliblər.
M.Səfərli bildirib ki, təyyarəyə bütün yerüstü xidmətlər göstərilib. Təyyarə 17:37-də Kopenhangen istiqamətində uçuşa başlayıb.
A.Zeydullayeva