Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 73 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bundan başqa, hesabat dövründə (13-19 aprel) baş vermiş bədbəxt hadisələr nəticəsində 10 nəfər həlak olub, 8 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 3 intihar hadisəsi qeydə alınıb.
Həftə ərzində 5 nəfər qətldə, 11 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 42 nəfər oğurluqda, 11 nəfər qarətdə, 3 nəfər avtomobil qaçırmaqda, 1 nəfər insan alverində, 1 nəfər saxta pul hazırlamaqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 2 fakt qeydə alınıb.
C. Həmidov