Bu gün Mərkəzi Bankın dəstəyi ilə ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi məqsədilə təşkil olunan“ Nağdsız ödənişlər üzrə lider bank” və “Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyaları üzrə stimullaşdırıcı kampaniyanın təqdimatı keçirildi.
“Elektron bankçılıq xidmətlərində lider bank” nominasiyasında 1-ci yerə Bank Respublika layiq görüldü.
Bununla yanaşı, “Nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə də Bank Respublika 3-cü yeri qazandı.
Xatırladak ki, Bank Respublika müştərilərə xidmət səviyyəsinin daim yaxşılaşdırılmasına, göstərilən xidmət çeşidinin genişləndirilməsi və şərtlərinin optimallaşdırılmasına xüsusi önəm verir və bu istiqamətdə aşağıda sadalanan xidmət növlərini istifadəyə verib:
- Qısa müddətdə istifadəçilərin rəğbətini qazanmış “İnternet Şöbəsi” (www.bankim.az) vasitəsilə geniş çeşiddə bank məhsullarından faydalanmaq imkanı;
- “Cash-in” funksiyalı bankomatlar şəbəkəsi;
- Kredit borclarını bankomat və bankın rəsmi səhifəsində “cari hesaba mədaxil” xidməti vasitəsilə onlayn ödəməyə imkan yaradan xidmət;
- “MobilBank” xidmətinin yenilənmiş versiyası;
- Vəsaitlərin cari hesaba yatırılması əməliyyatlarının MilliÖN və eManat terminalları vasitəsilə həyata keçirilməsi və digər xidmətlər;
Müştəriləri düşünərək, onlara daha operativ və əlverişli xidmətin göstərilməsi məqsədilə Bank Respublika elektron bankçılıq sahəsində yeni layihələr üzərində çalışmağa davam edir.