Azərbaycan Beynəlxalq Bankı Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən keçirilən müsabiqədə 2014-cü ilin yekunlarına görə “Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci, “Təsərrüfat subyektlərində nağdsız ödənişlər üzrə lider bank” nominasiyası üzrə 2-ci yerə layiq görülüb.
Azərbaycan Respublikasının Mərkəzi Bankı 2013-cü ildən etibarən ölkədə nağdsız hesablaşmaların həcminin artırılması və müasir bank texnologiyalarından istifadənin genişləndirilməsi istiqamətində bankların fəaliyyətinin qiymətləndirilməsi və illik əsasda onlardan daha aktiv olanlarının seçilərək mükafatlandırılması məqsədi ilə müxtəlif müsabiqələr keçirir.