Azərbaycan və İranın hərbi sahədə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanları var. Bu barədə prezident İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqan ilə bazar ertəsi Bakıda görüşdə bəyan edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
İ.Əliyev Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, H.Dehqanın Azərbaycana səfərinin münasibətlərin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Öz növbəsində nazir İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Y.Əliyev