Prezident İlham Əliyev və Rusiyanın “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezovun görüşündə müdafiə sənayesi, maşınqayırma, yüksək texnologiyalar, əczaçılıq və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Tərəflər Azərbaycan ilə Rusiya arasında əlaqələrin çox yüksək səviyyədə olduğunu bildiriblər.
S.Çemezov rəhbərlik etdiyi “Rostex” Dövlət Korporasiyasında aparılan struktur islahatları və həyata keçirilən işlər barədə məlumat verib.
R. Babayev