2015-ci ilin I rübündə “Səngəçal” istilik elektrik stansiyasında (İES) 296,4 mln. kVt/saat elektrik enerjisi istehsal edilib. Bu barədə "Azərenerji" ASC-nin məlumatında deyilir.
Martda “Səngəçal” İES 100,2 mln. kVt/saat elektrik enerjisi istehsal edib.
“Səngəçal” elektrik stansiyası 2008-ci ilin dekabr ayında istismara verilib. Stansiya hər birinin gücü 16,7 meqavatt olan 18 aqreqatdan ibarətdir. Burada yanacaq kimi təbii qaz və mazut istifadə olunur.
N.Abbasova