“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-İstanbul (Sabiha Gökcen hava limanı) – Bakı aviareysi üzrə xüsusi aksiya keçirir. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
Aksiyaya uyğun olaraq bu reys üzrə biletin qiyməti 225 avro təşkil edir. Biletlərin satış və uçuş tarixi 2015-ci il mayın 24-nə qədərdir.
Aviabiletlərin təkrar bronlaşdırılmasına və qaytarılmasına icazə verilmir.
Təyinat məntəqəsində maksimal qalma müddəti 1 ay təşkil edir.
N. Abbasova