2015-ci ilin I rübündə Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2014-cü ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfə artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 119,3 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub.
Cari ilin I rübündə yod istehsalı 19% -51,3 tona qədər, barium sulfat istehsalı 49,3% - 13,3 min tona qədər, polietilen istehsalı 10% - 25,5 min tona qədər, etilen istehsalı 10,1% - 26,2 min tona qədər, izopropil spirti istehsalı 29,6% - 1 min 253,6 tona qədər artıb.
Yanvar-mart aylarında propilen istehsalında 4,1% - 14,2 min tona qədər, lak-boya məhsulları istehsalında 22,6% - 636,8 tona qədər, yuyucu vasitələrin istehsalında 10,8% - 65,5 tona qədər azalma qeydə alınıb.
N.Abbasova