Azərbaycanın cənub regionunda bir şəxs tiryəklə saxlanılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Cəlilabad şəhər sakini Cəmaləddin Dövlətov saxlanılarkən DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ona məxsus çantadan 5,5 kq tiryək və 770 q heroin aşkarlayıblar. Araşdırmalar zamanı onun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunduğu məlum olub.
DİN İstintaq İdarəsində həmin şəxsə qarşı Cinayət Məcəlləsinin 234.4.3 (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddəsi ilə cinayət işi açılıb, istintaq gedir.
C.Həmidov