2015-ci ilin yanvar-fevral aylarında Azərbaycana ümumi məbləği $21 mln. 310,1 min olan avtobuslar idxal edilib, bu isə 2014-cü ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 7,5 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 119 ədəd avtobus idxal olunub (artım 2,1 dəfə).
Bundan başqa, cari ilin yanvar-fevral aylarında Azərbaycana ümumilikdə $5 mln. 30,9 min dəyərində 339 ədəd yük avtomobili idxal edilib, bu isə ötən ilin analoji dövrü ilə müqayisədə 67,1% azdır.
2015-ci ilin yanvar-fevral aylarında ölkəyə 7,031 min ədəd minik avtomobili idxal edilib ki, bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə 41,4% azdır.
N.Abbasova