Gürcüstan prezidenti Georgi Marqvelaşvili hesab edir ki, onun Administrasiyasının prezident sarayından köçürülməsi ilə bağlı hökumətin təşəbbüsü keçmiş baş nazir Bidzina İvanişvili ilə qarşılıqlı əlaqələrindən irəli gəlir.
“Hamıya aydındır ki, bu məsələ nə kvadratmetrlərlə, nə də mənzil-kommunal məsələləri ilə bağlıdır. Məsələnin mahiyyəti bundadır ki, cənab Bidzina İvanişvili üçün mənim müstəqil mövqeyim və müstəqil fəaliyyətim qəbuledilməzdir. Təbii ki, belə vəziyyətdə itaətedərəkgöstəriş əsasında bir binadan başqa binaya köçən prezident Gürcüstanalazım deyil”,- deyə G.Marqvelaşvili jurnalistlərə bildirib.
Prezident söyləyib ki, “bunu etməyə məcbur deyil və prezident institutunun ləyaqətini və prinsip etibarilə hər bir vətəndaşın azad seçim hüququnu müdafiə etməyə borcludur”.
O, vurğulayıb ki, “bu, yalnız Bidzina ilə aramızda olan şəxsi qarşıdurmadan irəli gələn məsələdir”.
Bir gün əvvəl hökumətin iclasında baş nazir İrakli Qaribaşvili bildirib ki, Tbilisidə yeni təmirdən çıxmış iqamətgah hökumət tərəfindən qəbul edilib, prezident və onun administrasiyası bu binaya köçə bilər.
Bu bəyanata cavab olaraq Prezident Administrasiyasından bildirilib ki, İ.Qaribaşvili prezident sarayını tərk etmək niyyətində deyil və bu barədə hələ ötən ilin iyul ayında hökumətə məlumat verilib.