Masallı rayonunun Qızılağac kəndində yaşıllaşdırma aksiyası çərçivəsində 200-dən çox ağac əkilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Hakim Yeni Azərbaycan Partiyasının və YAP Gənclər Birliyinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə partiya üzvləri, kənd sakinləri və kənd bələdiyyəsinin üzvləri iştirak ediblər.
Bu kampaniya çərçivəsində ötən il əkilən ərik ağacları bu il meyvə verməyə başlayıb.
Qızılağac kəndində bu kampaniya cari il ərzində ikinci dəfə keçirilir. Burada ümumilikdə 5 min ağac əkilib. Gələcəkdə kampaniyanın davam etdirilməsi nəzərdə tutulub.
G.Qənbərova