Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 22-nə manatın dollara nisbətən rəsmi məzənnəsini 1,0506 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə AMB-nin saytında məlumat verilir.
AMB aprelin 22-nə manatın avroya nisbətən rəsmi məzənnəsini aprelin 21-də qeydə alınmış 1,1269 manat/1EUR səviyyəsinə qarşı 1,1267 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,0177% möhkəmlənib.
Aprelin 22-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi aprelin 21-də qeydə alınmış 0,0197 manat/1RUR səviyyəsinə qarşı 0,0195 manat/1RUR səviyyəsində müəyyənləşdirilib. Beləliklə, manat rubla nisbətən 1,0152% möhkəmlənib.
Xəbər verildiyi kimi, fevralın 21-də AMB manatın devalvasiyasını həyata keçirib. Manatın məzənnəsi fevralın 20-də qeydə alınmış 0,7862 manat/$1-a qarşı 33,5% - 1,05 manat/$1-a qədər ucuzlaşıb.
A.Əzizov