“Taliban” hərəkatının üzvləri aprelin 24-də Əfqanıstana genişmiqyaslı “yaz hücumu” planlaşdırdıqlarını elan ediblər. Bu barədə çərşənbə günü Qərb KİV-ləri məlumat verib.
“Bu əməliyyatda əsas hədəf xarici işğalçılar, xüsusilə onların daimi hərbi bazalarıdır. Həmçinin oyuncaq hökumətin məmurları, hərbi qurumlar da hücuma məruz qalacaq”, - deyə taliblərin bəyanatında bildirilir.
Onlar Əfqanıstanın kəşfiyyat orqanları, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin əməkdaşlarına da hücum etmək niyyətindədirlər.
Qeyd edək ki, Əfqanıstanda taliblər hər il “yaz hücumu” həyata keçirirlər.