Rusiya xaricdə Amerika bazalarına bənzər bazalar yaratmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov söyləyib.
“Biz aerodrom və limanlardan istifadə edirik, xarici ölkələrlə maddi-texniki təminat məntəqələrinin yaradılması barədə danışıqlar aparmağa hazırıq”,- deyə o, çərşənbə günü 3 radiostansiyanın efirində bildirib.
“Biz bunu qanuni əsaslarla etməyə hazırıq. Baza amerikan anlayışında müasir silahlarla doldurulmuş, möhkəmləndirilmiş, müdafiə olunmuş qala deməkdir, biz isə buna ehtiyac görmürük”, - deyə Rusiya XİN başçısı bildirib.
O deyib: “Bizim gəmi və təyyarələrimiz artıq Venesuela və digər Latın Amerikası ölkələrinə səfərlər ediblər”.