Serbiya prezidenti Tomislav Nikoliç “Bakı-2015” Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə diplomatik mənbədən məlumat verilib.
“T.Nikoliç Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycana səfər edəcək”, - deyə mənbə bildirib.
Serbiyanın Bakıdakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata əsasən, T.Nikoliçə Avropa Oyunlarının açılış mərasiminə dəvət məktubu təqdim olunub.
“Prezident T.Nikoliçə Bakıda keçiriləcək Avropa Oyunlarının açılış mərasiminə dəvət məktubu təqdim olunub. Düşünürəm ki, o, buna müsbət cavab verəcək”, - deyə səfirliyin birinci müşaviri Milorad Srevar “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
F.İsazadə