İyunun 10-da “AtaBank”ın səhmdarlarının ümumi illik iclası keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
İclasın gündəliyinə bankın Müşahidə Şurası və İdarə Heyətinin 2014-cü ildə fəaliyyətin yekunlarına dair hesabatının və ötən ilin maliyyə hesabatının təsdiq edilməsi daxildir.
Bundan başqa, iclasda 2014-cü ilin yekunları üzrə əldə edilmiş xalis mənfəətin bölüşdürülməsi məsələsi müzakirə olunacaq.
“AtaBank” ASC 1994-cü ildə yaradılıb və “AtaHolding”in strukturuna daxildir.
A.Əzizov