SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) 2015-ci ilin I rübündə 2 mln. 71,4 min ton neft hasil edib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 1,8% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin mart ayında SOCAR 717,2 min ton neft hasil edib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda neft hasilatının ümumi həcmi 41,9 mln. ton təşkil edib ki, bunun da 8 mln. 402,5 min tonu SOCAR-ın payına düşüb.
N.Abbasova