İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad bin Amin
Mədəni mayın 3-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionunda keçiriləcək “parlament seçkiləri”ni pisləyib.
“Bu “seçkilər” qanunsuzdur və BMT Təhlükəsizlik Şurası, İƏT və ATƏT-in qətnamələrinə ziddir”, - deyə İ.A.
Mədəninin bəyanatında deyilir.
İƏT-in baş katibi dünya birliyini həmin “seçkiləri” pisləməyə çağırıb.
O, Azərbaycanın müvafiq beynəlxalq qətnamələrçərçivəsində və dövlətlərin ərazi bütövlüyü, həmçinin beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərin pozulmaması prinsiplərinə hörmət əsasındaərazi bütövlüyünü təmin etmək üçün münaqişənin sülh yolu ilə həllinə dair səylərini dəstəkləyənİƏT-in dəyişməz və prinsipial mövqeyinibildirib.
F.İsazadə