SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Neft Daşları” yatağında yeni quyu istismara verib. Bu barədə şirkətin rəsmi saytında məlumat verilir.
2152 nömrəli quyu 2150 nömrəli stasionar dəniz özülündən qazılıb.
Quyunun sutkalıq debiti 11 ton neft təşkil edir. Quyunun dərinliyi 1636 metrdir.
“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir.
N.Abbasova