Makedoniyanın Vales şəhərində 14 qeyri-leqal miqrant sərnişin qatarının altında qalaraq həlak olub. Bu barədə cümə günü “Associated Press” agentliyi məlumat verib.
Faciə cümə axşamı gecə saatlarında baş verib.
Əfqanıstan və Somalidən gəlmiş miqrantlar dəmir yolu ilə hərəkət edərkən Salonikdən Belqrada gedən qatarın altında qalıblar.
Agentlik bildirir ki, bir çox qeyri-leqal miqrantlar və qaçqınlar Makedoniya ərazisindən keçən marşrut üzrə Avropa İttifaqı ölkələrinə daxil olmaq istəyirlər.