Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Qəbələ və Şəki rayonlarının sakinlərini qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Qəbula düşmək üçün Şamaxı, İsmayıllı, Qəbələ və Şəki rayonlarının sakinləri qeydiyyatdan keçiblər.
Vətəndaşların müraciətləri, əsasən orta ixtisas məktəblərinə, bakalavr səviyyəsinə, magistraturaya qəbul, buraxılış imtahanları, hərbi çağırışla əlaqədar möhlət və digər məsələlərlə bağlı olub.
TQDK-nın səlahiyyətlərinə aid olan müraciətlərin əksəriyyəti yerindəcə öz həllini tapıb. Digər müraciətlərin isə araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün nəzarətə götürülüb.
İ.Əhmədov