Rio-de-Janeyro şəhərində Azərbaycan Mədəniyyət Həftəsinin açılış mərasimi keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
"Cidade das Artes" incəsənət mərkəzində Azərbaycan milli mətbəx nümunələrinin, həmçinin “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərginin açılışı olub.
Bundan başqa, şəhər sakinlərinə muğam musiqisi və milli rəqslərdən ibarət konsert proqramı təqdim olunub.
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov çıxış edərək keçirilən tədbirlərin iki xalqın bir-birinin mədəniyyəti və adəti ilə tanış olmasına xidmət edəcəyini deyib. Onun sözlərinə görə, Mədəniyyət Həftəsi çərçivəsində gələcək əməkdaşlıq üçün gözəl imkanlar var.
A.Zeydullayeva