Moskvanın şimal hissəsində Ermənistan bayraqları ilə hərəkət etmək istəyən 40 sürücü saxlanılıb. Bu barədə “İnterfaks” agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbədən məlumat verilib.
“Cümə günü günorta Moskva polisləri Leninqrad prospektində 40 avtomobildən ibarət karvanı saxlayıb, avtomobillərdəki sərnişinlər pəncərələrdən Ermənistan bayraqlarını yelləyərək özlərini yolda aqressiv aparıb və digər avtomobillərin hərəkətinə mane olublar”, - deyə agentliyin müsahibi bildirib.
Avtomobillərin sürücüləri yol polisi əməkdaşlarının belə hərəkətin yolverilməz olduğu barədə xəbərdarlığına əhəmiyyət verməyiblər. Bununla belə, avtomobillər saxlanılıb, sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi məsələsi həll olunur.
Moskva polisinin mətbuat xidməti “İnterfaks” agentliyinə bu informasiyanı təsdiq edib.
Maşınlar baxış və profilaktik tədbirlər məqsədi ilə saxlanılıb, çünki sürücülər yol hərəkəti qaydalarını pozmuşdular”,- deyə mətbuat xidmətinin əməkdaşı bildirib.
“İnterfaks” agentliyinin müxbirinin məlumatına əsasən, cümə günü şəhərin müxtəlif küçələrində müntəzəm olaraq erməni bayraqları ilə hərəkət edən avtomobillərə rast gəlinir. Bu avtomobillərin sürücüləri yol hərəkəti qaydalarını pozaraq digər sürücülərə mane olurlar.
Həmçinin hadisə şahidləri Moskva ərazisində erməni bayrağı ilə hərəkət edən “Mazda” markalı avtomobildən silah səsinə bənzər səslər eşidildiyini bildiriblər.