Cümə günü Bakının Sabunçu rayonunda yerləşən 3 mərtəbəli orta məktəb binasında yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Məktəbin hər mərtəbəsinin dəhlizində quraşdırılmış elektron lövhələr yanıb.
Yanğınsöndürənlər 20 şagirdi təxliyə ediblər.
Məktəb binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın söndürülüb.
Y.Əliyev