Gəncə Ağır Cinayətlər Məhkəməsində bir ailənin 7 üzvünü qətlə yetirməkdə təqsirləndirilənRafiq Hüseynovuncinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu xəbər verir.
Hakim Zabil Qasımovun sədrliyi ilə bu gün keçirilən iclasda Cinayət Məcəlləsinin 10 maddəsi ilə ittiham olunan Rafiq Hüseynova ömürlük cəza verilib.
Qeyd edək ki, ötən il oktyabrın 1-də Goranboy rayonunun Səfikürd kəndində Diləzbər Məmmədovanın yaşadığı evə gələn kürəkəniRafiq Hüseynovailə-məişət münaqişəsi zəminində ov tüfəngindən və əl qumbarasından istifadə edərək arvadı Südabəni, qaynı Namiqi, qohumları Ofelya Məmmədovanı, Həvayət Məmmədovanı, Fərqanə Məmmədovanı və azyaşlı İsa Məmmədovu, habelə Diləzbəri qətlə yetirib, 2 nəfəri isə odlu silahla yaralayıb.
F.Mehdiyev